Tovuzda qəza - Polis yaralandı

27 Sentyabr 2017 18:18 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayon sakini Azər Dostiyev və 1990-cı il təvəllüdlü Əli Tağıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. A. Dostiyevin rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

AzNews.az