4 otaqlı ev yandı

27 Sentyabr 2017 20:10 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumata görə, Yevlax rayonu, Gülövşə kəndində ümumi sahəsi 190 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.