AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Dmitri Marinçenko deyib. O bildirib ki, hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir.
Qeyd edək ki, bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir.