Avtobus piyadanı vuraraq ağır xəsarət yetirib

28 Sentyabr 2017 09:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 8-ci kilometr qəsəbəsində, bazarın yaxınlığında yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Babayeva Təranə Mənsur qızını 64 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Qadın xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən avtobus sürücüsünü saxlayıb.