Bunu AzNews.az-a açıqlamasında meyxana ifaçısı, müğənni Samirə Yusifqızı deyib.
“Oğlum qəza keçirib. Əməliyyat zamanı həkimlər onun kəllə sümüyünü çıxarıb. Hazırda reabilitasiya dövrünü yaşayır. Əgər yaxşı nəticə göstərsə təkrar əməliyyat olunacaq. İndi də məhərrəmlik ayıdır, işlər dayanıb. İki ay məcburu məzuniyyətə çıxmışıq. Bunun da öhdəsindən gələcəm”.
Qeyd edək ki, qadın meyxanaçı son günlər keçirdiyi sinə əməliyyatı ilə də gündəmə gəlib. O, bu əməliyyatı keçirdiyinə peşiman olduğunu bildirib:
“Fəsadları oldu, xoşuma gəmədi, gərək etməyəydim. Gərəksiz əməliyyat idi, Allah nə veribsə onunla da razılaşmaq lazımıdır. Bu fəsadlardansa, gərək sinəmin ağırlığını çəkəydim”.
Bahar RÜSTƏMLİ
AzNews.az
