Ançelotti istefa verdi

28 Sentyabr 2017 19:39 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ancelottinin istefa etdiyi barədə məlumat klubun saytında yer alıb. Ançelottinin vəzifəsini bundan sonra Villi Sanyol icra edəcək.

Karlo Ançelotti 2016-cı ilin iyulunda "Bavariya" nın məşqçisi olub. Onun klubla bağladığı müqavilə 2018/19 mövsümünün sonunda başa çatmalı idi. “Bayern" Çempionlar Liqasının II turunda dünən parisdə PSJ-yə böyük hesabla (0:3) uduzub.