AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılan vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar. Əməliyyat başa çatıb.