Torpaqsız tərəvəz yetişdirdilər – Video

29 Sentyabr 2017 09:58 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kənd təsərrüfatının bu sahəsi “hidroponika” adlanır.

Bu üsula əsasən, bitkilər torpaq əvəzinə daxilində minerrallar olan suda yetişdirilir. Bitkilərin böyüməsi üçün lazım olan işıq isə, LED-lərlə təmin olunur. Elektrik enerji isə yenilənəbilən qaynaqdan təmin olunur.

Təşəbbüskarlar Stiven Drinq və Riçard Bolard yer altında brokolli, pomidor, bibər və ispanaq yetişdrməyə nail olub. Hətta əldə olunan məhsulları böyük supermarketlərə satıblar.

Proses İkinci Dünya Müharibəsindən qalma sığınacaqda icra olunur.

“Nəmişliyi və istiliyi idarə edə bilirik. Əslində, yeganə çətinliyimiz ondan ibarətdir ki, Londonda yer altında kənd təsərrüfatı məhsulları yetişdirmək fikrinin tam mənimsənilməməsidir ... ” – deyə Drinq qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az