ANS-in sabiq işçisi Diaspor Komitəsində vəzifə aldı

20 Fevral 2013 12:52 (UTC+04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin olunub. Bu barədə Modern.az-a komitənin rəsmisisi lşad Miraləm məlumat verib. Onun sözlərinə görə, komitənin yeni mətbuat katibi Esmira Xəlilovadır, o bu vəzifəyə fevralın 18-dən təyin edilib.

Qeyd edək ki, Esmira Xəlilova bu vaxta qədər ANS telekanalında çalışıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsi üç aydan çox idi boş qalmışdı. Həmin vəzifədə işləyən jurnalist Bəhruz Nəzərov 2012-ci ilin oktyabrında öz xahişilə işdən azad olunmuşdu.

AzNews.az