İlham Əliyev Lütfi Zadə ilə vida mərasimində iştirak edib - Fotolar + Yenilənib

29 Sentyabr 2017 13:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mərasimə dövlət və hökumət üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb.

Mərasim AMEA-nın əsas binasına keçirilir.

Elm və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

12:15

***

Dövlət başçısı mərhumun ailə üzvü ilə söhbət edib, dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

AzNews.az