Devalvasiya yenidən gündəmdə - Sabah manatı nə gözləyir?

29 Sentyabr 2017 13:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ekspert bunun bir sıra banklara sentyabrın 30-da iş başında olmaları göstərişinin verilməsindən qaynaqlandığını bildirib:

“Cavab Mərkəzi Bankdadır. Düşünürəm ki, buna görə də Mərkəzi Bankın gün ərzində bu məsələyə rəsmi aydınlıq gətirməsinə ehtiyac var. Mərkəzi Bank nəinki sabah, ümumiyyətlə növbəti dövrdə və aylarda kursun necə dəyişməsi ilə bağlı öz gözləntilərini vətəndaşlar ilə daim bölüşməlidir. Makro-iqtisadi göstəricilərə və eləcə də tədiyyə balansındakı saldoya əsaslansaq yeni potensial devalvasiya səbəbi izah edilən deyil. Təbii ki, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul etdiyi üçün sabah və ya başqa hər hansı gün devalvasiyanın olub-olmayacağını söyləmək nəinki çətindir, hətta valyuta bazarındakı indiki mövcud tənzimləmə ilə bunu proqnozlaşdırmaq da mümkün də deyil. Proqnozlaşdırıla bilən xarici valuyataya tələbin necə deyişməsidir”.

Vüqar Bayramov qeyd edib ki, avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi: “Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır”.

Bahar RÜSTƏMLİ

AzNews.az