Mingəçevirdə kütləvi dava: yaralananlar var

20 Fevral 2013 12:53 (UTC+04:00)


APA-nın məlumatına görə, hadisə ötən gecə şəhərin "Bağlar" yaşayış massivində baş verib. Belə ki, şəhər ərazisində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkünlər - 1983-cü il təvəllüdlü Rundilov Samir Əliş oğlu, 1978-ci il təvəllüdlü Abbasov Niyaməddin Qəni oğlu və 1979-cu il təvəllüdlü Qarayev Aslan Zirəddin oğlu sərxoş vəziyyətdə "Bağlar" yaşayış massivindəki Samux küçəsindən keçərkən həmin ərazidə yaşayan 1991-ci il təvəllüdlü Xəlilov Pənah İlqar oğlunu nalayiq sözlərlə təhqir ediblər.
Sonra Ağdam sakinləri tərəfindən döyülən Pənah Xəlilov özünü müdafiə etmək üçün evdən götürdüyü qəssab bıçağı ilə onlardan ikisinə - Samir Rundilova və Niyaməddin Abbasova müxtəlif bədən xəsarətləri yetirib. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası alan Samir Rundilov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə, ayağından bıçaq zədəsi alan Niyaməddin Abbasov və döyülərək ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alan Pənah Xəlilov travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


AzNews.az