AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Miss Gordita” müsabiqəsində artıq çəkili qadınlar iştirak ediblər.
Dəfilə iştirakçılarının çəkisi 90-110 kiloqram təşkil edib. Müsabiqədə, eyni zamanda, artıq çəkili qadınlar üçün ziyafət də verilib. Onlar çəki kompleksi yaşamadan təklif edilən şirniyyatdan yeyiblər.
“Miss Gordita” müsabiqəsi artıq 4-cü dəfədir ki, keçirilir. Builki müsabiqə “Gözəlliyin ölçüsü olmur” adı altında baş tutub.
Müsabiqənin qalibi isə Qabriela Venialqo adlı qadın seçilib.
Bəxtiyar Abbasov
AzNews.az