Narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı dəyişiklik məqbul hesab olunmadı

29 Sentyabr 2017 15:40 (UTC+04:00)

APA-nın məlumatına görə, V. İsayev deyib ki, 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb. O qeyd edib ki, burada mövqe birmənalı olub: “Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”.

AzNews.az