Sitalçayda partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb - Foto

29 Sentyabr 2017 18:45 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, 2 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd partlamış-yanmış mərmi qalıqları və 38 kq yandırma aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.