AzNews.az “Trend”ə istinadən xəbər verir ki, görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşları ilə münasibətləri barədə məlumat verilib və bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edilib.
Konfessiyaların rəhbərləri Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində icma səviyyəsində həyata keçirilən layihələrdən, DQİDK-nın sədr müavini Səyavuş Heydərov isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışıb. Dini icmaların nümayəndələri görüşlərdə Emənistanın Azərbaycan ərazilərini işğal etməsinə beynəlxalq təşkilatlar tərəfindən adekvat qiymət verilməməsi barədə narazılıqlarını bildiriblər.
AzNews.az