"Bavariya"nın yeni baş məşqçisi məlum olub

30 Sentyabr 2017 09:14 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.

Sentyabrın 28-də “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.

44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında “Borussiya” 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb.

AzNews.az