“Xəzərin hüquqi statusuna dair Konvensiya gələn il qəbul ediləcək” - Rusiya XİN

30 Sentyabr 2017 11:14 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Həştərxanda keçirilən III Xəzər mediaforumunda bildirib.

"Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir. Xəbərləri mütəmadi izləyənlər bilir ki, bu mövzu daim Rusiya prezidentinin və xarici işlər nazirinin regiondakı həmrkarları ilə görüşündə qaldırılır", - deyə diplomat vurğulayıb.

Səfir əlavə edib ki, Rusiya konvensiyasının gələn il Qazaxıstanda imzalanacağına ümidlidir. Bununla yanaşı, İ. Bratçikov onu da bildirib ki, sənəd imzalanarkən Rusiya subyektlərinin maraqları nəzərə alınacaq.

AzNews.az