Prokurorluq işçiləri peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib - Fotolar

30 Sentyabr 2017 11:56 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən Baş Prokurorluq rəhbərliyi “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bütün prokurorluq əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

AzNews.az