“Mercedes” piyadanı vurdu

30 Sentyabr 2017 21:04 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.

“Mercedes” markalı minik avtomobili yolu keçən Nizami kənd sakini 1953-cü il təvəllüdlü Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az