Zirzəmidə qalan uşaq xilas edildi

30 Sentyabr 2017 23:49 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı zirzəmidə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açaraq uşaqı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.