Tovuzda 25 yaşlı qız dəm qazından zəhərlənib

1 Oktyabr 2017 10:34 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynova Şöhrət Tofiq qızı yaşadığı evdə hamamda dəm qazından zəhərlənib.

Ş. Hüseynova təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.