Məscid və ziyarətgahlarda 1000-ə yaxın insan qan verib

1 Oktyabr 2017 11:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Report"a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva xəbər verib.

O, bildirib ki, insanlar qanvermə aksiyasında aktiv iştirak edir.

Z. Əlmirzəyevanın sözlərinə görə, əvvəlcə insanlarda hemoqlabinin səviyyəsi yoxlanılır. Əgər hemoqlabinin səviyyəsi qanverməyə uyğun olsa, qan götürülür.

Yığılan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlara istifadə olunacaq.