"Romaya vurduğum qol həmişə yadımda qalacaq" - "Qarabağ"ın oyunçusu

1 Oktyabr 2017 20:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Braziliya mətbuatına açıqlama verən 27 yaşlı hücumçu həmin epizodu xüsusi an kimi dəyərləndirib:

"İlk dəfədir ki, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində yer alır. Bu qol həmişə yadımda qalacaq. Təəssüf ki, müsbət nəticə əldə edə bilmədik. Lakin "Roma" kimi böyük kluba qarşı yaxşı oynadıq. Hətta heç-heçə də edə bilərdik. Vurduğum qola görə xoşbəxtəm. Bu, mənə böyük əminlik hissi bəxş edir".

Qeyd edək ki, Pedro Enrike "Roma" ilə görüşün 29-cu dəqiqəsində Dino Ndlovunun ötürməsindən sonra Braziliya millisinin qapıçısı Alison Ramzes Bekeri məyus edib. Görüş "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.