Gülər Əhmədova xəstəxanaya qaldırıldı- ÖZƏL

20 Fevral 2013 14:55 (UTC+04:00)


Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə barəsində həbs-qəti imkan tədbiri seçilmiş sabiq millət vəkili Gülər Əhmədovanın səhhəti gözlənilmədən ağırlaşıb. Elə bu səbəbdən də müstəntiqlər bu gün onun izahatını almağa müvəffəq olmayıblar.

Saaat 14.30 radələrində halı pisləşən Gülər Əhmədova xəstəxanaya qaldırılıb və həkimlər müstəntiqə ondan izahat almağa icazə verməyiblər.
Qeyd edək ki, G.Əhmədovanın səhhətində problemlərin olması ilə bağlı bir neçə gündür xəbərlər yayılıb.

Azər
AzNews.az