Bakıda yanğın - Bina sakinləri təxliyə edildi

2 Oktyabr 2017 09:18 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 m2 olan 2 otaqlı mənzildə 1 ədəd divan yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.