Yunanıstanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

2 Oktyabr 2017 18:46 (UTC+04:00)

AzNews.az XİN-nə istinadən xəbər verir ki, görüş əsnasında səfir Nikolaos Kanellos etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Nikolaos Kanellosu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Nikolaos Kanellos diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Görüşdə Azərbaycan və Yunanıstan arasında enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.