AzNews.az Apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.
Saxlanılan şəxsin 5-6 ay bundan öncə həbsxanadan çıxdığı bildirilir.
Qeyd edək ki, Poniçalada son aylarda keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsində ittiham olunan 10-dan çox şəxs saxlanılıb.