Las-Veqasda atışmada ölənlərin sayı 58 nəfərə çatıb

2 Oktyabr 2017 19:49 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bunu Las-Veqasın şerifi Cosef Lombardo bəyan edib.

O, ölü sayının artacağını istisna etməyib.

Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

AzNews.az