Bakıda ailə münaqişəsi - 65 yaşlı kişinin üzünü kəsdilər

3 Oktyabr 2017 09:23 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

AzNews.az