Rəşad Dağlı həmkarını bıçaqladı

3 Oktyabr 2017 12:21 (UTC+04:00)

AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra danışmağa qərar veriblər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlaması ilə nəticələnib.


Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.