Türkiyə İrana qarşı sanksiyalara etiraz etdi

3 Oktyabr 2017 13:08 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çavuşoğlu İranın Türkiyəyə düşmən ölkə olmadığını deyib.

“Biz İranı səhv olduğu məsələlərdə tənqid edir, doğru addımlar atdıqda isə dəstəkləyirik. Sanksiya siyasəti doğru deyil. Hansısa ölkə İranı bəyənmədiyi üçün onu küncə sıxmaq kobud səhvdir. Məgər, İran bizə düşməndir? Xeyir, əsla” – deyə Çavuşoğlu qeyd edib.

2015-ci ildə İranla “altılıq” ölkələri arasında nüvə probleminin nizamlanmasına dair saziş əldə olunub. Lakin bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp razılaşmanı tərk edəcəyini bildirmişdi. Lakin digər tərəflər bu məsələdə Vaşinqtona dəstək verməyiblər. Rəsmi Tehran razılaşma pozulacağı təqdirdə nüvə layihələrini yenidən işə salacağı barədə xəbərdarlıq edib.

Bəxtiyar Abbasov

AzNews.az