Qobustanda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

3 Oktyabr 2017 18:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.