Abşeronda klub yandı

3 Oktyabr 2017 20:31 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, rayonun Digah qəsəbəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 150 kv.m olan klubun tamaşa zalında dolab 3 kv.m və səhnənin döşəməsi 1 kv.m sahədə yanıb.

Klubun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.