Bakı məktəblərində işləmək istəyənlərin nəzərinə - müsabiqə elan olundu - Video

3 Oktyabr 2017 23:07 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, vətəndaşlar ilk dəfə olaraq müsabiqədə iştirak etmək üçün onlayn qaydada qeydiyyatdan keçə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul olmaq istəyən şəxslər bu gündən etibarən ''musabiqe.baku.edu.az'' portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi 10 gün davam edəcək.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti test imtahanı mərhələsinə dəvət ediləcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Raman Məmmədov deyir ki, müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər də ola bilər.

Qeyd edəki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində müvafiq vəzifələr üzrə işə qəbul 3 ildən artıqdır müsabiqə qaydasında aparılır. Bakıda təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan ediləcək.