Samir Sadıxovun dizayn etdiyi fantastik ofroder modeli təqdim edildi - Foto

4 Oktyabr 2017 11:47 (UTC+04:00)

AzNews.az Autograph jurnalına istinadən xəbər verir ki, avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, onun mühərrikinin 500 at qüvvəsinə malik olduğu bildirilib. Rama üzərində yığılan və ekstremal yolsuzluq üçün nəzərdə tutulmuş avtomobil opsional olaraq zirehli kuzova və infraqırmızı gecə görüntü sisteminə mlaik olacaqdır.

Bundan başqa, ofroderin qoşulan tam çəkiş sistemi, gücləndirilmiş asqı və ağır yolsuzluq üçün nəzərdə tutulan «dişli» təkərlər ilə də təchiz edildiyi də söylənilib.

Rezvani Tank modelinin təchizatına dəri salon, proyeksiya displeyi və damda quraşdırılan işıqdiodlarından «çilçıraq» da daxildir. Əlavə ödənişlə, Tank güllə keçirməyən yanacaq çəni və şüşələrlə təchiz edilə bilər.

Avtomobil 178 min dollardan başlayan qiymətlərlə təklif edilir.