Polis əməkdaşı az qala aktyoru öldürəcəkdi – Video

4 Oktyabr 2017 14:40 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Krofordsvil şəhərində film çəkilişi zamanı polis çəkiliş meydançasına daxil olub. Bu zaman o, əlində silah olan aktyoru görür və onu soyğunçu hesab etdiyi üçün dərhal öz silahına əl ataraq aktyoru tərksilah olmağa çağırır. Polis hətta xəbərdarlıq üçün kənara atəş də açır. Aktyor polisə aktyor olduğunu desə də, polis həmin anda ona inanmır.

Məlumata görə, barda film çəkilişinin olması barədə, nə şirkət, nə də bar rəhbərliyi yerli qurumlara xəbərdarlıq etməyiblər. Yaranmış anlaşılmazlığa səbəb də məhz bu olub.

Bəxtiyar Abbasov

AzNews.az