Gəncədə Nizaminin məqbərəsi yaxınlığında qumbara tapılıb - Foto

4 Oktyabr 2017 15:07 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib.

Lakin həmin gün havanın yağmurlu və günün sonu olması nəzərə alınaraq, əməliyyat oktyabrın 4-də davam etdirilib, aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.