26 yaşlı oğlan özünü güllələdi

4 Oktyabr 2017 15:48 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenigün kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Yaqubəliyev Emin Mahir oğlu yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.