AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deyib.
A. Çovdarov çıxışında məhkəmədən bəraət istəyib: "Əgər məhkəmə mənə bəraət yox, cəza verəcəksə, onda təkcə mənə cəza verin, digər şəxsləri azad edin. Siz bir nəfəri tutmaq istəyirdiniz, onu da tuta bilmədiniz. Bizi gətirdiniz bura".
Son söz bitəndən sonra məhkəmə müşavirəyə gedib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.