Avtomobillər toqquşdu - Yaralılar var

4 Oktyabr 2017 18:08 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə UAZ markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az