DİN-in polkovniki: “Mahir Abdullayevi hökumətin icindəki banditlər oğurlayıb”-VİDEO

20 Fevral 2013 22:15 (UTC+04:00)


09.Xl.2004-cü il tarixində qeydə alınan videonun əsas qəhrəmanı DİN polkovniki Rasim İldrımzadədir.

Videoda DİN-in polkovniki Rasim İldrımzadənin cinayət xarakterli əməlləri aşagıdakılarla xarakterizə olunur :

1. Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - "ölüm eskadronu " tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün qardaşı huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ dolları tələb etmişdir ;

2. Rasim İldrımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-nun huquq fakültəsində birgə oxuduqları dövrü və müəllimləri xatırlayırlar:

3. Rasim İldrımzadə "Mahiri məndən başqa hec kim gətirə bilməz, Siz mənə qarant durmalısınız "-deyir;
4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin "yerini bilirəm, o, sag-salamatdır, gözümlə görmüşəm";
5. Rasim İldrımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcəm Sizə ;
6. "Mahir hazırda Azərbaycanın sərhəddindədir";
7. "Mahiri siravi oğrular oğurlamayıbdır, hökumətin icindəki banditlər oğurlayıbdır";
8. "Mahirə görə kim sənin yanına gəlsə qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma";
9. "Mahir sağdır gəlib nə olubsa hər şeyi sənə danışacaq , sənilə telefonla danışmağa qoymurlar";
10. "Elsad muəllim Mahiri məndən alarasan, bu gündən Mahirə mənəm cavabdeh" .




AzNews.az