Avtomobillə traktor toqquşdu - Qadın öldü

4 Oktyabr 2017 20:49 (UTC+04:00)

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Salahlı və Hürüuşağı kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21012" markalı avtomobil axşam saatlarında traktorla toqquşub. Avtomobildə olan sərnişin, 38 yaşlı Flora Zakir qızı Məmmədova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Maşında olan sürücü və digər iki azyaşlı uşaq yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az