Lənkəranda evləri su basdı - Sakinlər təxliyə edidi + Foto

4 Oktyabr 2017 22:55 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin təxliyəsi həyata keçirilir.

Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

AzNews.az