Azərbaycanda yeni futbol turniri təsis ediləcək

5 Oktyabr 2017 00:00 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi bildirib ki, yarışda Premyer Liqa və I Divizion klubları iştirak edə biləcəklər.

Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və I Diviziondur.

AzNews.az