Tanınmış şairənin intihar edən gəlini ilə bağlı istintaq yekunlaşıb: “İki pozğun bacı və ana bu ailənin sonuna....”

5 Oktyabr 2017 12:09 (UTC+04:00)

Bu barədə AzNews.az-a şairə Simuzər (Nüsrətbəyli) Baxşıyeva bildirib. O, gəlinin intiharı ilə bağlı aparlan istintaqın obyektiv aparılmadığını iddia edib:

“Oğlum Əbülfəs Baxşiyevin bu intiharda heç bir günahı yoxdur. İstintaq heç nəyi araşdırmayıb. Qarşı tərəfdən anlaşıblar, ancaq onların yalan şikayətlərinə baxıblar. Məhkəmə eksperti rəy verib ki, meyitin üzərində heç bir zorakılıq əlaməti yoxdur, başında da problemi var. İstintaq isə deyir ki, ona işgəncə verib, döyüblər. Bu necə olur? İstintaq isə deyir ki, Susannanın ölümündə oğlumu ittiham ediblər. Axı həmin vaxtı oğlum evdə olmayıb. Mən şikayət edib, haqq tələb edirəm”.

Simuzər Baxşıyeva oğlunun azadlığa buraxılmasını tələb edir: “Mən oğlumu buraxdıracam. Onlar mənim oğlumu həbs edə bilməyəcək. Məhkəməyə getsə belə onu yenidən qaldıracam. Mənum oğlumun bu olayda heç bir günahı yoxdur. Əgər oğluma iş versələr respublikanı alt-üst edəcəyəm. Xarici ölkələrə yazacam, belə haqsızlıq olmaz. İki körpə ortalıqda qalıb. Onların atalarının heç bir günahı yoxdur. Biz adam öldürmüşük? İki pozğun bacı və ana bu ailənin sonuna çıxdı”.

Şairə anası nəvələrindən də danışdı: “Uşaqların biri məktəbə gedir. Biri isə 10 aylıqdır. Qız ata deyib ah-nalə çəkir. Tez-tez yanına gedirik, atası ilə onları görüşdürürəm. Qız atasından ayrılmaq istəmir. “Mən atamı istəyirəm” deyib ona sarılır. Polislər də onları ayıra bilmir”.

Xatırladaq ki, may ayında Bakı şəhəri, Nəsimi rayon sakini Sussana Şərifova yaşadığı binadan özünü ataraq intihar edib. Məsələ ilə bağlı Susana Şərifovanın anası, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı əslində intihar etməyib, öldürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub.

Bahar RÜSTƏMLİ

AzNews.az