Evini su basan qadın köməksiz vəziyyətdə qalıb

5 Oktyabr 2017 13:21 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran çayının daşması nəticəsində Rvo kəndində Təranə Muxtarovaya məxsus evə ciddi ziyan dəyib. Çayın daşması səbəbindən evin bir hissəsini sel yuyub, aparıb, ev sahibi isə köməksiz vəziyyətdə qalıb. Hazırda onunla əlaqə kəsilib.

Əlaqədar qurumlara məlumat verilib.

AzNews.az