“Binədə əridib, elə orda da satdıq” - Bakıda mis oğurlayan gənclər saxlanıldı

5 Oktyabr 2017 16:20 (UTC+04:00)

ARB TV xəbər verir ki, həyata keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Dostumalı Paşayev və Hüsən Bağırov saxlanılıb.

Dostumalı Paşayev – Saxlanılan şəxs: “Matorun içində 5-6 kilo mis olardı. Dedim ki, mən də çoxdandır burdayam, amma elə bir şey yoxdu burada. Dedi ki, gedək göstərim. Dediyi yerə baxdıq, tapmadıq. Qayıdanda dedi ki, burada kabelləri kəsib aparaq. Kəsib aparıb Binədə əridib, elə Binədə də satdıq”.

Saxlanılan şəxslər dindirilərkən törətdikləri əməlləri etiraf ediblər.

AzNews.az