"Pərvinin nömrəsi də yoxdur ki, zəng edəm" - Vaqif Əsədov

5 Oktyabr 2017 22:31 (UTC+04:00)

AzNews.az Yenicag-a istinadən xəbər verir ki, o faktın araşdırıldığını deyib:

“Nura Surini tanıyırdım, amma bu Pərvin deyilən qızı tanımıram. Telefon nömrəsi də yoxdur ki, zəng edib, özü ilə məsələni dəqiqləşdirim. Amma fakt araşdırılır. Yol hərəkəti haqqında qanuna əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Bu şəxs müğənni, aktrisa da ola bilər, sıravi vətəndaş da. Əgər Pərvin Abıyeva da qaydanı pozubsa, cəriməsini ödəyəcək”.