Binəqədidə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

5 Oktyabr 2017 23:23 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası Bakı şəhərinin Binəqədi rayonunda müxtəlif ünvanlarda suçəkmə işlərinə cəlb olunub, eyni zamanda həyətyanı sahəsinin yağış suları ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 1 nəfər xilasedicilər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.​